İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib
sizinxeber.az xəbər saytı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib


Prezident İlham Əliyev 14 iyun 2019-cu il tarixli “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edib.

"Sizinxeber.az" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib.

Vəsaitdən istifadə investisiyalar, güzəştli kreditlər və qrantlar formasında həyata keçiriləcək.

Müvəkkil kredit təşkilatları ildə 2 dəfədən az olmayaraq, Agentliyin vəsaitinin hər bir sahibkarlıq subyektinin layihəsi üzrə monitorinqini aparmalı və bu barədə Agentliyə monitorinq bitdikdən sonra 7 iş günü müddətində hesabat verməli olacaqlar.

Oxşar xəbərlər

Azərbaycanda yerli istehsala aid suvarma sistemləri 60 % güzəştlə satılacaq
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə daha bir sədr müavini təyin edilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib
Biznesin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər