Azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili davam edir
“Azərpoçt” MMC-yə məxsus “Postcargo” Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb.
“Azərpoçt”dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət göstərməyi planlaşdırır.
Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş platformalarından məhsulları sifariş edə bilərlər.
Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş olunur.
Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1000-dən çox poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.
Oxşar xəbərlər
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb
Füzuli Şəhəri Günü Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində qeyd olunub - FOTO
Yango Azerbaijan Bakıda sürətli çatdırılma üzrə Market xidmətini istifadəyə verib - FOTO
Yango Azerbaijan Bakıda sürətli çatdırılma üzrə Market xidmətini istifadəyə verib - FOTO
Sahibsiz poçt bağlamalarının taleyi necə olur? - Açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













