Füzuli Şəhəri Günü Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində qeyd olunub - FOTO
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Füzuli Şəhəri Günü münasibətilə “Ay elim Füzuli” adlı konsert proqramı təşkil olunub.
APA xəbər verir ki, Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov çıxış edərək Füzulidəki bayram ab-havası barədə söhbət açıblar, Füzuli Şəhəri Gününün qeyd olunmasının yerli sakinlər üçün çox xoş ovqat yaratdığını qeyd ediblər.
Tədbirdə əslən Füzulidən olan müğənnilər tərəfindən təsnif, xalq mahnıları və bəstəkar mahnıları səsləndirilib.
Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə vətənpərvərlik motivli səhnəcik nümayiş edilib.
Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin “Qarabağ Fidanları” rəqs kollektivi “Şən Azərbaycan” rəqsi, tədbirdə qonaq qismində çıxış edən “Asiman” rəqs qrupu isə “Zaqatala” və “Yallı” rəqsləri ilə çıxış ediblər.
Oxşar xəbərlər
Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi”nin açılışı olub
Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq
Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər
Füzulidəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb
Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













