Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edib


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Nazirlikdən bildirilib.

Görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Oxşar xəbərlər

Rəşad Nəbiyev Bərdə şəhərində vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər