Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşları qəbul edəcək


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 8 oktyabr saat 09:30-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.

Bu barədə "Sizinxeber.az-Economics"ə Nazirlikdən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 7 oktyabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Oxşar xəbərlər

Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Bərdə şəhərində vətəndaşları qəbul edib
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle