“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib
- 7-10-2024, 12:50
- İKT
- 0
- 1 342
“Azerconnect Group” Bakıda ilk dəfə keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda təşkil edilən tədbirdə iştirak edib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri, həmçinin diplomatlar və ekspertlərin bir araya gəldiyi dəyirmi masada iqlim dəyişikliyinə qarşı mübarizədə karbon emissiyalarının azaldılması və bazar mexanizmlərinin rolu müzakirə edilib.
“Azerconnect Group”un direktor müavini Dövlət Dövlətov tədbirdə çıxış edərək şirkətin karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirdiyi layihələr və ekoloji dayanıqlılıq strategiyası barədə danışıb. Bildirilib ki, “Azerconnect Group”un texnoloji həlləri arasında yaşıl enerji mənbələrinə keçid və səmərəli şəbəkə avadanlıqları xüsusi yer tutur.
Şəbəkələrin optimallaşdırılması məqsədi ilə tətbiq olunan innovativ biznes modeli və bu sahədə həyata keçirilən layihələr nəticəsində şirkət hər il təxminən 60%-dək enerjiyə qənaət edir. “Azerconnect Group” texnologiyanın gücünü ekoloji dayanıqlıq istiqamətində istifadə etməklə karbon izini minimuma endirməyi və ekoloji mühitin qorunması üçün müasir həllər tətbiq etməyi hədəfləyir.
Tədbirdə, həmçinin Azərbaycanın milli iqlim hədəflərinə çatmaqda özəl sektorun rolu haqqında danışılıb. Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirin əsas məqsədi dövlət və özəl sektor nümayəndələrini məlumatlandırmaq, Azərbaycanda karbon emissiyasının azaldılmasını dəstəkləmək, həmçinin bazar mexanizmləri haqqında müəssisələri maarifləndirmək üçün əsas siyasətlər və alətlər ətrafında müzakirələrə təkan verməkdir.
“Azerconnect Group” haqqında
Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.
“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


width="220" alt="DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />