Britaniya səfiri: Bakıda keçirilən COP-29-da məsələləri düzgün tənzimləsək, maliyyə imkanları toplanacaq
sizinxeber.az xəbər saytı

Britaniya səfiri: Bakıda keçirilən COP-29-da məsələləri düzgün tənzimləsək, maliyyə imkanları toplanacaq


“Mən maliyyə bazarı üzrə mütəxəssis deyiləm. Karbon ticarəti ilə bağlı isə mənim təcrübəm var”.

APA xəbər verir ki, bunu “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

O bildirib ki, ölkəsinin karbon bazarları barədə çoxillik təcrübələri yaranıb: “Böyük Britaniya hökuməti olaraq inanırıq ki, karbon bazarları maliyyəni cəlb edə, ölkələrə dəstək göstərə bilər. Britaniya krallığının da bu bazarların formalaşmasında rolu var. Karbona qiymət qoymaq fundamental məsələdir. Xərc baxımından yaxşı yol tapmaq və özəl sektoru bura cəlb etmək əsasdır. Bu sahəyə maliyyə ayırmaq qarşımızda duran çağırışdır. Karbon bazarları 2030-cu ilə qədər 17 milyon iş yeri aça bilər. Bu neft-qaz sektorundan daha çox iş yeri deməkdir. Ona görə Britaniya krallığı 30-dan çox ölkəni bu bazarın yaradılmasına təşviq edir. COP-29 çərçivəsində Azərbaycan danışıqları növbəti mərhələyə qaldıra bilər və şərait yarada bilər ki, biz də növbəti addımları ataq. Bakıda keçirilən COP-29-da məsələləri düzgün tənzimləsək, maliyyə imkanları toplanacaq. Karbon bazarları insanlar və bəşəriyyət üçün ən yüksək fayda verə bilər. Bu sahəyə kreditlər də ayrılmalıdır. Azərbaycan 0 xalis emissiya sahəsində öz üzərinə düşən bütün işləri görəcək”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP-29-un əsas müzakirə mövzusu maliyyədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP29-un əsas mövzusu maliyyə olacaq, özəl sektoru buna cəlb etməyi düşünürük [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Temperaturu 1.5 dərəcənin altında saxlamaq üçün əsas məsələ buna əlavə vəsaitin yönəldilməsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya səfiri: Biz təbiətə ziyan yetirməyən qida sistemlərini dəstəkləməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər