Azərbaycan banklarının adından fişinq cəhdləri həyata keçirilir
Azərbaycanda fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.
Bu barədə “Sizinxeber.az”a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
“Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli “keylogger” proqramı yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.
ETX vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.
Oxşar xəbərlər
ETX teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
