“Azərkosmos”un ixrac gəlirləri 13 %-ə yaxın azalıb
Bu ilin yanvar-aprel aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 5,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12,5 % azdır.
4 ayda peyk telekommunikasiya xidmətlərini 40 ölkədən təxminən 100 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (1,5 milyon ABŞ dolları), Lüksemburq (1,2 milyon ABŞ dolları), Nigeriya (255 min ABŞ dolları), Misir (238,6 min ABŞ dolları) və Türkiyə (238,5 min ABŞ dolları) olub.
Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 78 %-dən 65 %-ə düşüb.
Təkcə apreldə isə “Azərkosmos” 1,6 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 5,9 % azdır.
Oxşar xəbərlər
“Azərkosmos”un ixrac gəlirləri 15 % azalıb
“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb
“Azərkosmos”un ixrac gəlirləri 7 %-ə yaxın azalıb
“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
