QHT Agentliyi Qlobal Cənubu təmsil edən təşkilatlara dəstəyini davam etdirəcək
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının 1000-dən çox layihəsinə 13 milyon dollar vəsait ayırıb.
APA-nın məlumatına görə, bu sözləri Dövlət Agentliyinin icraçı direktoru Aygün Əliyeva Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransı zamanı səsləndirib.
O deyib ki, rəhbəri olduğu qurum bu qəbildən olan təşkilatlarına dəstəyini davam etdirmək niyyətindədir.
Aygün Əliyeva Qlobal Cənub ölkələrində yaşayan xalqların əksəriyyətinin günümüzdə yoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşdiklərinə diqqəti yönəldib. Aygün Əliyeva onu da bildirib ki, bugünkü tədbirdə təmsil olunan nümayəndələri həmrəylik dili birləşdirir: "Qlobal Cənub Konsepsiyası tək coğrafiyanı əhatə etmir. Bu, siyasi və sosial şəbəkələri də özündə birləşdirir. Qlobal Cənub dövlətlərində yaşayan xalqların əksəriyyəti yoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşirlər. COP29 tədbirlərində Azərbaycan Qlobal Cənub ölkələrinə də öz töhfəsini verib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının 1000-dən çox layihəsinə indiyədək 13 milyon dollar vəsait ayırıb. Bakı prosesi 10 minə yaxın qeyri-hökumət təşkilatının təmsilçilərini özündə birləşdirir. Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının Azərbaycana marağı artır. Bizim agentliyimiz gələcəkdə də Qlobal Cənubu təmsil edən təşkilatlarına dəstəyini davam etdirəcək. İki gün ərzində keçiriləcək sessiyalar Qlobal Cənubu təmsil edən təşkilatların inkişafına töhfə verəcək. Biz burada sizin özünüzü evinizdəki kimi hiss etməyinizi istəyirik. Biz müxtəlif dillərdə danışsaq da, hamımızı həmrəyliyin dili birləşdirir".
Oxşar xəbərlər
“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Çin Ukraynadakı müharibə ilə bağlı Qlobal Cənubu təmsil edən ölkələrlə danışıqlar aparacaq
Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq
Vladanka Andreeva: BMT Azərbaycanın 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə dəstək verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













