Bəzi yerlərdə külək əsir, yağış yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən APA-ya verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb.
Ən çox yağış yağan yerlər
Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir.
Görünüş məsafəsi məhdudlaşıb
Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.
Havanın maksimal temperaturu
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında eləcə də, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Bəzi bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq rayonlara qar yağır - Faktiki hava [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq ərazilərə qar yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə qarın hündürlüyü 79 sm-ə çatıb - Faktiki hava [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Abşerona sulu qar, dağlıq və dağətəyi rayonlara qar yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













