Bəzi bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Bəzi bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən "Sizinxeber.az"a verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb.

Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında, eləcə də Naxçıvan MR-də 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

Əksər bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Bəzi rayonlarda yağış, qar yağır, külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB-2
Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Bəzi rayonlara yağış, Altıağacda isə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Bəzi rayonlarda yağış yağır, Şahdağ və Kəlbəcərdə külək əsir - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle