Sabah şimşək çaxacaq, dolu düşəcək
sizinxeber.az xəbər saytı

Sabah şimşək çaxacaq, dolu düşəcək


Martın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında sabah hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu necə olacaq?

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Sabah rayonlarımızda hansı hava şəraiti gözlənilir?

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarda temperatur neçə dərəcə olacaq?

Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Oxşar xəbərlər

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
Sabah hava yağmursuz keçəcək, 39 dərəcə isti olacaq - PROQNOZ
Sabah hava yağmurlu olacaq
Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq
Sabah külək əsəcək, arabir duman olacaq - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər