Sabah hava yağmursuz keçəcək, 39 dərəcə isti olacaq  - PROQNOZ
sizinxeber.az xəbər saytı

Sabah hava yağmursuz keçəcək, 39 dərəcə isti olacaq - PROQNOZ


Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.

Oxşar xəbərlər

Sabah hava yağmursuz keçəcək - PROQNOZ
Sabah 39 dərəcə isti olacaq - PROQNOZ
Sabah paytaxtda hava yağmursuz keçəcək, dağlıq rayonlarda yağış yağacaq - PROQNOZ
Sabah paytaxtda 36, bölgələrdə 38 dərəcə isti olacaq - PROQNOZ
Avqustun ilk günü paytaxtda 32, bölgələrdə 35 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle