Sabah hava əsasən yağmursuz keçəcək
sizinxeber.az xəbər saytı

Sabah hava əsasən yağmursuz keçəcək


Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Oxşar xəbərlər

Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq
Sabah Bakıda gecə və səhər bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Sabah 33 dərəcə isti olacaq
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər