Qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında oktyabrın 17-dən 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Oxşar xəbərlər
Yağış yağacaq, temperatur düşəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Havanın temperaturu 10 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Temperatur enəcək, intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qeyri-sabit hava daha iki gün davam edəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Havanın temperaturu 3-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












