Havanın temperaturu 10 dərəcəyədək enəcək  - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Havanın temperaturu 10 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ


Oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Oxşar xəbərlər

Havanın temperaturu 3-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ
Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Temperatur 3-6 dərəcə enəcək, intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle