Külək güclənib - FAKTİKİ HAVA - YENİLƏNİB
20 Oktyabrın 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Sizinxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 3-ü saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 20 m/s təşkil edir.
***
09:22
Oktyabrın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qrız, Gədəbəydə 10 mm, Tərtər, Şahdağda 8 mm, Göygöl, Şəki, Daşkəsəndə 7 mm, Ağdam, Balakən, Qəbələ, Qax, Quba, Qusarda 6 mm, Bərdə, Göyçay, Gəncə, Biləsuvar, Zaqatala, Tovuz, Şahbuzda 5 mm, Yevlax, Xınalıq, Altıağac, Şəmkir, Zərdab, Qobustan, Mingəçevir, Beyləqan, İsmayıllı, Xaltan, Sədərək, Naxçıvan, Naftalan, Ceyrançöl, Xaçmaz, Ağstafa, Oğuz, Ağsu, Goranboy, Şamaxı, Şabran, Kürdəmir, Sabirabad, Astarada 4 mm-dək,
Bakıda və Abşeron yarımadasında: Pirallahıda 8 mm, Bakıda 4 mm, Sumqayıt, Maştağa, Binə, Çilov Adasında 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Şahdağda arabir 20 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 21 m/s-dək güclənib.
Göygöl, Daşkəsən, Göyçay, Qusar, Qrız, Şəmkir, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda külək güclənib, dağlıq rayonlarda yağış yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahdağın yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












