Sumqayıtda ərini bıçaqlayan qadın saxlanılıb - YENİLƏNİB
Sumqayıtda ərini bıçaqlayan qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
“Sizinxeber.az”un yerli bürosunun əldə etdiyi məlumata görə, ərini bıçaqlamaqda şübhəli bilinən 1987-ci il təvəllüdlü Rəmziyyə İmanova şübhəli şəxs qismində tutulub.
Sumqayıt Tibb Mərkəzindən isə “Sizinxeber.az”un yerli bürosuna bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) aprelin 28-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb.
“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda qadın ərini bıçaqlayıb
Sumqayıtda özündən 12 yaş böyük ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub - YENİLƏNİB
Sumqayıtda tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
Sumqayıtda gənc qadın həyat yoldaşını bıçaqlayıb
Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
