Bakıda su quyusuna düşən gənc xilas edilib
sizinxeber.az xəbər saytı

Bakıda su quyusuna düşən gənc xilas edilib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən “Report”a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.

Oxşar xəbərlər

Xəzər rayonunda su quyusuna düşən şəxs FHN-in əməkdaşları tərəfindən xilas edilib - VİDEO
Gəncədə su anbarına düşən 9 yaşlı uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib
Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO
Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO
Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər