Lökbatanda açıq dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
sizinxeber.az xəbər saytı

Lökbatanda açıq dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın qayıqda baş vermiş nasazlıq səbəbindən açıq dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Sizinxeber.az"a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində açıq dənizdə köməksiz vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Məmmədov Hafiz Mikayıl oğlunun olduğu qayıq yedəyə alınıb sahilə çıxarılaraq vətəndaş xilas edilib.

Oxşar xəbərlər

Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı bulvarı ərazisində gəzinti qayığı batıb, 6 nəfər xilas edilib - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda yaşayış binasında köməksiz qalan sakinlər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər