Rəşad Əzizov: Kino sahəsi müasir çağırışlarla ayaqlaşmalıdır
sizinxeber.az xəbər saytı

Rəşad Əzizov: Kino sahəsi müasir çağırışlarla ayaqlaşmalıdır


Kino hər zaman olduğu kimi, bu gün də ən güclü mədəni təbliğat alətlərindən biridir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov Bakıda keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi" adlı panel sessiyasında deyib.

Baş direktor müasir çağırışlara toxunaraq bildirib ki, kino sahəsi də bunlarla ayaqlaşmalıdır:

"Müasir dövrün əsas çağırışları, şübhəsiz, qabaqcıl texnologiya və süni zəkadır. Əgər biz Azərbaycanda süni zəka vasitəsilə audiovizual məzmun yaradırıqsa, o məzmun mütləq Azərbaycanın mədəni-tarixi keçmişinə əsaslanmalıdır. Əks halda, bu, faydasız olacaq".

Rəşad Əzizov dünya kino sənayesində süni zəkanı boykot edən bəzi məqamlara da toxunub:

"Biz zaman-zaman görürük ki, peşəkar kino adamları və prodakşınlar süni zəkaya qarşı çıxırlar. Məsələn, nüfuzlu Oskar mükafatında artıq süni zəka vasitəsilə yaradılmış məzmunlara qadağa var".

O əlavə edib ki, süni zəkanın yaradıcı insanı əvəzləmək kimi bir təhlükəsi yoxdur.

Qeyd edək ki, tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilir.

Oxşar xəbərlər

Kino Agentliyinə baş direktor təyin edilib
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
Baş direktor: Kino istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək
Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər