“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəlib
sizinxeber.az xəbər saytı

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəlib


Azərbaycanın 6 oğlan, 11 qız boksçusu Bakıda yeniyetmələr arasında təşkil olunan “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin finalına yüksəlib. 

"Sizinxeber.az" Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlanların həlledici görüşündə 44 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcəklər.

Qızların mübarizəsində isə 4 çəki dərəcəsində (46 kq, 48 kq, 50 kq, 52 kq) Azərbaycan finalı baş tutacaq.

Azərbaycanın 18 boksçusu isə artıq bürünc medalı rəsmiləşdirib. Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov, Hüseyn Vahabov (hər ikisi 75 kq), Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) turniri 3-cü pillədə başa vurublar.

Oğlanlar

Yarımfinal

44 kq

Əli Ruşanov (Azərbaycan) – Həsrət Məmmədov (Azərbaycan) 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29)

Həsən Sərhədli (Azərbaycan) – Abdulrahim Məmmədov (Azərbaycan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26)

48 kq

Əli Əliyev (Azərbaycan) – Zaza Mdinaridze (Gürcüstan) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27, 30:27)

54 kq

İbrahim Bədəlli (Azərbaycan) – Zanqqar Sailavbek (Qazaxıstan) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27)

60 kq

Şahin Aslanov (Azərbaycan) – Ruşen Saydullayev (Özbəkistan) 3:2 (28:29, 29:28, 27:30, 30:27, 30:27)

+80 kq

Səftər Məmmədzadə (Azərbaycan) – Şojahon İslomov (Özbəkistan-2) – birinci tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, 8 ölkənin qatıldığı yarışda final görüşləri bu gün keçiriləcək. Bakı Boks Mərkəzində qızların mübarizəsi saat 12:00-da, oğlanların yarışı saat 14:00-da başlayacaq.

Oxşar xəbərlər

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəlib
“Heydər Əliyev kuboku-2025”: Azərbaycanın 10 boksçusu mərhələ adlayıb
“Heydər Əliyev kuboku-2025”: Oğlanların yarışında yarımfinalçılar, qızlarda finalçılar bəlli olub
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər