Haqqımızda Reklam
ru
18 
may
2025
13:30

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəlib

18 may, 2025
13:30
574

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəlib

Bakıda yeniyetmə oğlan və qız boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirində Azərbaycanın 8 idmançısı 1/4 finala yüksəlib.

"Sizinxeber.az" xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ikinci günündə Hüseyn Quliyev (48 kq), Yusif Əliyev, Tunar Mehdiyev (hər ikisi 52 kq), Sadiq Musayev (54 kq) Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Hüseyn Vahabov və Turqay Abbasov ( hər ikisi 75 kq) adlarını növbəti mərhələyə yazdırıblar.

Bakı Boks Mərkəzində keçirilən turnirin üçüncü günündə oğlanlar arasında 28, qızlarda 6 döyüş olacaq.

Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev Kuboku-2025″in final görüşləri mayın 21-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın