Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
22:00

Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

26 may, 2025
22:00
802

Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb. 

“Report” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, onlar Rusiya-Ukrayna müharibəsi, Türkiyənin mümkün vasitəçiliyi, Suriyadakı son vəziyyət barədə danışıblar. Təfərrüatlar isə açıqlanmayıb. 

Məlumata görə, görüş hələ davam edir.

20:42

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Tərəflərin müzakirə etdikləri məsələlər hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, H.Fidan Rusiyada səfərdədir.

Bizimlə əlaqə saxlayın