Tamaş Şuyok: Azərbaycanla münasibətlərin dərinləşməsi Macarıstan üçün mühüm əhəmiyyət kəsb edir
Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.
Mən şadam ki, son illər ölkələrimiz qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan geniş əməkdaşlığı inkişaf etdiriblər. Macarıstan üçün Azərbaycanla dostluq münasibətlərinin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız möhkəm təməl yaradır.
Sizi əmin edə bilərəm ki, Macarıstan siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqdir.
Xahiş edirəm, dərin ehtiramımı qəbul edin".
Oxşar xəbərlər
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
Viktor Orban Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib
Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Orban: Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











