

Andjey Duda Prezident iİlham Əliyevə təbrik məktubu ünvanlayıb
Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası və Polşa xalqı adından, həmçinin öz adımdan Sizə, ölkənizə və onun bütün vətəndaşlarına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Şadam ki, Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında çox yaxşı və mehriban ikitərəfli münasibətlər son illərdə geniş vüsət alıb.
Keçən il COP29 iqlim konfransında Bakıda olmağımı və Sizinlə şəxsi görüşümüzü məmnunluqla xatırlayıram. Belə böyük bir tədbirin uğurla keçirilməsi Azərbaycanın dinamik şəkildə artan imkanlarının və əhəmiyyətinin ən gözəl nümunəsidir.
Polşa Azərbaycanı Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi qəbul edir və biz Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Mən qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində və onun ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə yüksəldilməsində xüsusilə maraqlıyam. Bundan əlavə, Polşanın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı formatında ölkələrimiz üçün faydalı əməkdaşlığın bütün sahələrinin daha da inkişafına daim hazır olduğuna Sizi əmin etmək istəyirəm.
Sizə cansağlığı, ölkənizin hərtərəfli inkişafında bol-bol uğurlar, Azərbaycan Respublikasının bütün sakinlərinə firavanlıq və əmin-amanlıq arzulayıram".
Oxşar xəbərlər
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Azərbaycan Prezidenti Andjey Dudaya təbrik ünvanlayıb
Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb - YENİLƏNİB
İlham Əliyev Polşa Prezidentini təbrik edib
Seneqal lideri Prezident İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Moldova XİN: Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir
