Həftəsonu bank kartlarından 11 min manatdan çox pul oğurlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
10:00

Həftəsonu bank kartlarından 11 min manatdan çox pul oğurlanıb

26 may, 2025
10:00
583

Həftəsonu bank kartlarından 11 min manatdan çox pul oğurlanıb

Həftəsonu bank kartlarından 11 min manatdan çox pul talanıb.

Bu barədə Sizinxeber.az-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 24-də və 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır",- deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın