Portuqaliya lideri Azərbaycan Prezidentini təbrik edib
sizinxeber.az xəbər saytı

Portuqaliya lideri Azərbaycan Prezidentini təbrik edib


Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbriklərimi, tərəqqi və firavanlıq arzularımı yetirirəm.

Bu əlamətdar gündə nəinki möhkəm dostluq münasibətlərinə, həm də bir çox regional və qlobal məsələlərdə ortaq baxışa malik olan ölkələrimiz arasında əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinə sadiqliyimi bir daha bildirirəm.

Getdikcə mürəkkəb və qeyri-sabit olan qlobal mühitlə, beynəlxalq nizama ardıcıl təhdidlərlə üzləşdiyimiz bir vaxtda Portuqaliya və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edildiyi kimi, sülh, demokratiya, çoxtərəflilik, dialoq və insan hüquqlarına hörmət kimi ümumi dəyərlərimizin qətiyyətlə müdafiəsi və təşviqinə verdikləri önəmi vurğulayıram.

Cənab Prezident, Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər

Portuqaliya Prezidenti Azərbaycan liderini təbrik edib
Portuqaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Portuqaliya Prezidenti Azərbaycan liderinə başsağlığı verib
Əlcəzair Prezidenti Azərbaycanın Dövlət Başçısını təbrik edib
Azərbaycan lideri Paraqvay Prezidentini təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər