Azərbaycanın boks millisi Gimnaziadada komanda hesabında birinci olub
sizinxeber.az xəbər saytı

Azərbaycanın boks millisi Gimnaziadada komanda hesabında birinci olub


Azərbaycanın boks millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında komanda hesabında birinci yeri tutub.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məktəblilər arasında təşkil olunan multi-idman yarışında Azərbaycan millisi 18 medal qazanıb.

Bu medallardan 11-ni oğlan boksçular əldə ediblər. Bütün rəqiblərinə qalib gələn Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Rza Rzayev (70 kq) çempion tituluna yiyələniblər. Valeh Eyvazlı (66 kq) gümüş, Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.

Nəticədə 8 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanan oğlan boksçulardan ibarət Azərbaycan millisi komanda hesabında 1-ci yeri tutub.

Qızlardan Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) qızıl medal qazanıblar. Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Boks yarışları “Əl-Əhli” klubunun kompleksində keçirilib.

Oxşar xəbərlər

Azərbaycan boksçuları Gimnaziadada mübarizə aparacaqlar
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatında 3-cü olub
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub
Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar
Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər