Yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub
sizinxeber.az xəbər saytı

Yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub


Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.

"Report"un məlumatına görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışda Bakının 64 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 761 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhər 10 nömrəli UGİM, 2-ci yerə Respublika Kompleks İdman Məktəbi, 3-cü yerə isə Bakı şəhər 8 nömrəli İOEUGİM layiq görülüb. 19 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış 27 fevral – 2 martda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.

Oxşar xəbərlər

Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil İdman Mərkəzinin Respublika Birinciliyi keçiriləcək
Bakıda yeniyetmə oğlanlar arasında cüdo üzrə "Təhsil" İdman Mərkəzinin Respublika Birinciliyi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle