Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, tədbir Azərbaycan Alpinizm Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.
Yürüşün əsas məqsədi Ulu Öndərin əziz xatirəsinin yad edilməsi, dağçılıq idmanının inkişafına töhfə verilməsi və sağlam həyat tərzinin təbliğidir. Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.
Oxşar xəbərlər
Gənclər və İdman Nazirliyinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət Agentliyində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
