Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub
sizinxeber.az xəbər saytı

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub


Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya Kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.

Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayar (Mərakeş) ilə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandanın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Millinin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya Kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya Kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.

Qeyd edək ki, boksçular Vətənə aprelin 29-da qayıdacaqlar.

Oxşar xəbərlər

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycanın cüdo millisi Avropa Kubokunda birinci yeri tutub
Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb
Azərbaycanın boks millisi Gimnaziadada komanda hesabında birinci olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər