Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib


Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.

AAF-nin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, toplantı qurumun mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə gerçəkləşib.

İclasda milli komandaların məşqçiləri ilə yanaşı, inzibatı heyətin əməkdaşları da iştirak ediblər.

Yığmanın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və qarşıdakı yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib.

Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.

Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin iclası keçirilib
Azərbaycanın stolüstü tennisçiləri növbəti dəfə təlim-məşq toplanışına qatılıblar
Klublar Komitəsinin iclası keçirilib, AFFA-ya müraciət olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər