Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması müzakirə olunub
Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması müzakirə olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytı məlumat yayıb.
MOK-un inzibati binasında Albaniyanın idman rəsmiləri ilə görüş olub.
Toplantıda qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, MOK-un xarici əlaqələr şöbəsinin müdiri Anar Bağırov və marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva iştirak ediblər.
Görüşdə Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması məsələləri müzakirə olunub.
Qonaqları salamlayan Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə ətraflı məlumat verib. O, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyətindən danışarkən, bu idman növü üzrə də uğurların qazanıldığını qeyd edib. Hüseynzadə həmçinin iki ölkə arasında memorandum imzalanmasından sonra yerli federasiyaların da daha sıx əlaqələr quracağına inandığını bildirib.
Fidel İlli bildirib ki, ölkəmizə budəfəki səfərinin əsas məqsədi Azərbaycan Milli Olimpiya Komitəsi və federasiyaları ilə əməkdaşlıq imkanlarını genişləndirməkdir:
“Bizim infrastrukturumuz sizin qədər geniş olmasa da, çox yaxşı əlaqələrimiz var. Bundan istifadə edərək əlaqələrimizi daha da genişləndirmək olar. Onu da qeyd etmək istəyirəm ki, biz bu görüşdən istifadə edərək, memorandumun imzalanma prosesini də müzakirə edə bilərik. Albaniya bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. İstərdik ki, birlikdə tərəfdaşlığımıza başlayaq və uğurla davam etdirək”.
Astrit Hasani də Bakıda olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycan və Albaniya arasındakı əlaqələrin, həmçinin Avropa Olimpiya Akademiyasının ağırlıqqaldırma üzrə fəaliyyətinin də genişləndirilməsinin vacibliyini qeyd edib. Hasani həmçinin bildirib ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının məsləhətçisi vəzifəsinə namizədliyi irəli sürülüb. O, eyni zamanda, Səbinə Rzayevanın beynəlxalq qurumun Gender Bərabərliyi Komissiyasının üzvülüyünə namizədliyinin irəli sürüldüyünü də diqqətə çatdırıb.
Leonard Lulay Azərbaycan Gimnastika Federasiyası ilə olan əlaqədən danışaraq son dörd ildə təmsilçilərimiz arasında treninqlərin həyata keçirildiyini qeyd edib. O, bu tərafdaşlığın idmanın inkişafına və qarşılıqlı əlaqələrin genişlənməsində də böyük rol oynayacağını bildirib.
Çingiz Hüseynazadə Azərbaycanda gimnastikanın da inkişaf etdiyini deyib. O, bildirib ki, gimnastika üzrə qrup hərəkətləri komandamız ötən il keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutub:
“İnanıram ki, ağırlıqqaldırma ilə yanaşı, gimnastika üzrə də əlaqələrimiz genişlənəcək”,
Daha sonra MOK-un vitse-prezidenti memorandumda əks olunacaq məsələlərlə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib.


width="220" alt="Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib" />
width="220" alt="Çingiz Hüseynzadə: "Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />