Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib
sizinxeber.az xəbər saytı

Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib


Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 43 əməkdaş (32 kişi və 11 qadın) iştirak edib.

Qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi) yarışın qalibi olub. İlahə Ələkbərova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Aysel Səfərova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) üçüncü yeri tutublar.

Kişilər arasında Teyyub Məmmədov (Ali Məhkəmə) birinci olub. Bəhruz Quliyev ("AzerGold" QSC) yarışı ikinci, Coşqun Mütəllimov (Ali Məhkəmə) isə üçüncü pillədə başa vurublar.

Oxşar xəbərlər

Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
Dənizkənarı Milli Parkda təşkil olunan "Qələbə qaçışı"nın qalibləri mükafatlandırılıb
FHN-in əməkdaşı şahmat yarışında gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər