Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib
sizinxeber.az xəbər saytı

Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib


Aprelin 8-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Respublika Şahmat Mərkəzində təşkil olunan tədbirdə 19 dövlət qurumundan 49 əməkdaş iştirak edib.

Qadınlar arasında Afaq Xudaverdiyeva (Mərkəzi Bank) birinci olub. Qəndab Əzizova ("Azərbaycan Dəmir Yolları" QSC) yarışı ikinci, Fizzə İsmayılova (Dövlət Gömrük Komitəsi) üçüncü pillədə başa vurublar.

Kişilər arasında Sənan Quliyev ("Azərbaycan Dəmir Yolları" QSC) birinci, Murad Quliyev (Mərkəzi Bank) ikinci, Ədalət Umudov (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü yeri tutublar.

Oxşar xəbərlər

FHN-in əməkdaşı şahmat yarışında gümüş medal qazanıb
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
Marneulidə şahmat turniri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər