Bakıda karate üzrə beynəlxalq "Grand Prix" turniri keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda karate üzrə beynəlxalq "Grand Prix" turniri keçiriləcək


Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-dan 12-dək Bakıda beynəlxalq "Grand Prix" turniri keçiriləcək.

"Report" xəbər verir ki, yarış Sərhədçi İdman Mərkəzində baş tutacaq.

Turnirdə 9 ölkədən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.

"Grand Prix" turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Qeyd edək ki, yarışın açılış mərasimi aprelin 10-da, saat 17:00-da keçiriləcək.

Oxşar xəbərlər

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
Kişi cüdoçular arasında ACF turunun üçüncü turniri keçiriləcək
Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - YENİLƏNİB
Azərbaycan Qran-prisi: "Formula 2" yarışının qalibi bəlli olub - YENİLƏNİB
Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər