NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar
sizinxeber.az xəbər saytı

NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar


"Artemida II" missiyasının astronavtları Şərq vaxtı ilə saat 1:56-da (17:56 UTC) Yerdən uzaqlıq rekordunu üstələyiblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Artemida II" missiyasının astronavtları Şərq vaxtı ilə saat 1:56-da (17:56 UTC) Yerdən uzaqlıq rekordunu üstələyiblər", - məlumatda bildirilib və əlavə edilib ki, bu rekord daha öncə astronavtların Yerdən 248 655 mil məsafədə uçduğu "Apollon-13" missiyası zamanı qeydə alınıb:

"Artemida II" missiyası Ayın arxa tərəfini müşahidə etməyə hazırlaşdığı üçün "Orion" kosmik gəmisinin pəncərələrində Ay böyüməyə davam edir. Astronavtların Şərq vaxtı ilə təxminən saat 19:02-də (23:02 UTC) Aya maksimum dərəcədə yaxınlaşacaqları gözlənilir.

Oxşar xəbərlər

“SpaceX” “Crew-11” missiyası çərçivəsində beynəlxalq astronavtları BKS-yə göndərib
NASA Avropada həyat axtaracaq
NASA astronavtlarına 286 günlük missiya üçün əlavə ödəniş edilmədi
“Crew Dragon” gəmisi BKS-in digər moduluna uğurla yenidən yanaşıb
NASA astronavtları kosmosdan videobağlantı ilə COP29 iştirakçılarına müraciət ünvanlayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər