LDU-da Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində müzakirə təşkil olunub
Lənkəran Dövlət Universitetində (LDU) Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində panel müzakirələr təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, "Kreativ və innovativ təfəkkürü necə formalaşdırmalı?" mövzusunda keçirilən müzakirələrdə 120-dən çox tələbə iştirak edib.
Panellərdə daha çox region universitetləri ilə təcrübə mübadiləsi müzakirə mövzusu olub.
Proqramın koordinatoru Leyla Seyidzadə Azad Mirzəcanzadə İnkişaf Proqramının əsas məqsədinin istedadlı və yaradıcı təfəkkürə malik şəxsləri aşkarlamaq və dəstəkləmək olduğunu bildirib.
Onun sözlərinə görə, proqram çərçivəsində müxtəlif diskussiyalar da təşkil olunur.
Qeyd edək ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı 18-35 yaş arası olan, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçıların tənqidi və yaradıcı düşüncə bacarıqları, liderlik keyfiyyətləri, eləcə də dəyişkən və çoxşaxəli mühitdə işləmək qabiliyyəti xüsusi önəm daşıyır.
Proqramın 2024-cü ildə başa çatan ilk mərhələsində altı qalib müəyyən olunub. Onların hər biri öz təşəbbüslərini reallaşdırmaq üçün həm maliyyə, həm də ekspert dəstəyi ilə təmin edilib.
Oxşar xəbərlər
Leyla Seyidzadə: Azad Mirzəcanzadə İnkişaf Proqramı ölkədə yaradıcı-tənqidi düşüncəyə malik insanlara dəstək göstərir
Azad Mirzəcanzadə inkişaf proqramına müraciətin başa çatacağı vaxt açıqlanıb
Azad Mirzəcanzadə inkişaf proqramının qalibi: "SnackPack" – bu yalnız qida deyil, bir məsuliyyət fəlsəfəsidir - MÜSAHİBƏ
Azad Mirzəcanzadə İnkişaf Proqramının universitet təqdimatlarına start verilib
Macarıstanın Con fon Neyman Universiteti və Naxçıvan Dövlət Universiteti “ikili diplom” proqramı həyata keçiricəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













