Azad Mirzəcanzadə İnkişaf Proqramının universitet təqdimatlarına start verilib
"Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi Azad Mirzəcanzadə İnkişaf Proqramının universitet təqdimatlarına rəsmi olaraq start verilib.
"Sizinxeber.az" xəbər verir ki, proqram çərçivəsində ilk görüşlər Mingəçevir və Gəncə Dövlət Universitetlərində baş tutub.
Paytaxtda isə artıq Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetində tələbələr və gənclərlə görüşlər keçirilib. Tədbirlər çərçivəsində iştirakçılar proqramın məqsədləri, seçim prosesi və iştirak şərtləri barədə ətraflı məlumat alıb, suallarına cavab tapıblar.
Mingəçevir təqdimatında proqramın mövcud qaliblərindən biri olan Gülşən Səfərova çıxış edərək Azad Mirzəcanzadə İnkişaf Proqramının onun şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edib və gənclərə bu fürsətdən yararlanmağı tövsiyə edib.
2023-cü ilin sentyabr ayında elan edilmiş Azad Mirzəcanzadə İnkişaf Proqramı indiyədək sosial, ekoloji, maarifləndirici və innovativ sahələrdə bir çox uğurlu layihəni həyata keçirib.
Qeyd edək ki, universitet təqdimatları davam edir və yaxın günlərdə ölkənin bir çox universitetlərində tələbələrlə yeni görüşlər planlaşdırılıb.
Xatırladaq ki, proqrama son tarixi aprelin 1-dir.
Oxşar xəbərlər
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb
COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib
Mədəniyyət Nazirliyi gənclər üçün təcrübə proqramı elan edib
Azad olunan ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













