Leyla Seyidzadə: Azad Mirzəcanzadə İnkişaf Proqramı ölkədə yaradıcı-tənqidi düşüncəyə malik insanlara dəstək göstərir
sizinxeber.az xəbər saytı

Leyla Seyidzadə: Azad Mirzəcanzadə İnkişaf Proqramı ölkədə yaradıcı-tənqidi düşüncəyə malik insanlara dəstək göstərir


Azad Mirzəcanzadə İnkişaf Proqramının əsas ideyası və ümumilikdə məqsədi insan kapitalının inkişafına töhfə verməkdir.

Bunu “Sizinxeber.az”a müsahibəsində Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə deyib.

O qeyd edib ki, Proqram vasitəsilə ölkədə istedadlı, innovativ və yaradıcı-tənqidi düşüncəyə malik insanları aşkara çıxararaq onlara dəstək göstərilir:

“Bəzən bu cür proqramlara yanaşma formal olur. İnsanlar düşünə bilər ki, bu proqram da çoxsaylı proqramlar kimi, sadəcə, “kvota” doldurmaq üçün həyata keçirilir. Amma mən tam əminliklə deyə bilərəm ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində seçdiyimiz 6 qalibin hər biri layihəmizin məqsəd və prinsiplərinə tamamilə uyğun olub. Eləcə də zamanla biz həm də görürük ki, seçimlərimiz bizi yanıltmır, qalib seçib maliyyə ayırdığımız layihələr və məzunlarımız özlərini doğruldur”.

L.Seyidzadə vurğulayıb ki, maliyyə dəstəyi ilə yanaşı, qalib layihələr davamlı ekspert dəstəyi ilə də təmin olunur.

“Ekspertlərlə təcrübə mübadiləsi, məsləhətləşmələr layihələrin təkmilləşdirilməsində əsaslı rola malikdir. Ümumilikdə, bu mərhələni, onun icrasını çox uğurlu hesab etmək olar”, - o deyib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Oxşar xəbərlər

Azad Mirzəcanzadə inkişaf proqramına müraciətin başa çatacağı vaxt açıqlanıb
Azad Mirzəcanzadə inkişaf proqramının qalibi: "SnackPack" – bu yalnız qida deyil, bir məsuliyyət fəlsəfəsidir - MÜSAHİBƏ
Azad Mirzəcanzadə İnkişaf Proqramının universitet təqdimatlarına start verilib
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO
KOBİA-nın sədri: "Azərbaycan beynəlxalq yaradıcı iqtisadiyyatın aktiv iştirakçısı ola bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər