Macarıstanın Con fon Neyman Universiteti və Naxçıvan Dövlət Universiteti “ikili diplom” proqramı həyata keçiricəklər
sizinxeber.az xəbər saytı

Macarıstanın Con fon Neyman Universiteti və Naxçıvan Dövlət Universiteti “ikili diplom” proqramı həyata keçiricəklər


"İkili diplom" proqramı əsasında Con fon Neyman Universiteti və Naxçıvan Dövlət Universitetinin tələbələri müəyyən kurslarda iştirak edərək hər iki universitetdən ayrı-ayrı diplomlar əldə edə biləcəklər.

Bunu “Sizinxeber.az”un Naxçıvan bürosuna açıqlamasında Muxtar Respublikada səfərdə olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

O bildirib ki, ötən il Macarıstanda baş tutan təmaslardan sonra Keçkemet şəhərində yerləşən Con fon Neyman Universitetinin nümayəndə heyəti Azərbaycana səfər zamanı Naxçıvan Dövlət Universitetinə ziyarəti çərçivəsində imzalanan əməkdaşlıq memorandumu çərçivəsində birgə tədqiqat və inkişaf, tələbə və müəllim mübadiləsi proqramı elan olunub.

“Əməkdaşlığın nəticəsi olaraq Naxçıvan Dövlət Universitetindəki astrofizika ixtisası ilə Macarıstanın UniSpace proqramı arasında qurulan əməkdaşlıq işbirliyi üçün yeni imkanlar yaradır. UniSpace proqramı kosmik texnologiya, kosmik sağlamlıq və qidalanma, kosmik elm və kosmik siyasət sahələrində kurslar təklif edir”.

Oxşar xəbərlər

Naxçıvan Dövlət Universiteti ilə Con fon Neyman Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb 
NDU İstanbul Universiteti ilə əməkdaşlıq edəcək
Macarıstan səfiri: Naxçıvan bərpa olunan enerji layihələri üçün böyük potensiala malikdir
NDU-nun rektoru Elbrus İsayev Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejak ilə görüşüb
Bəhruz Əsgərov: Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər