Tədqiqat: Havanın çirklənməsi epilepsiya riskini artırır
sizinxeber.az xəbər saytı

Tədqiqat: Havanın çirklənməsi epilepsiya riskini artırır


Kanadanın Qərb Universitetinin alimləri havanın keyfiyyəti ilə nevroloji sağlamlıq arasında təhlükəli əlaqə aşkarlayıblar. Yeni məlumatlar göstərir ki, havanın çirklənməsinə uzun müddət məruz qalma böyüklərdə epilepsiya inkişaf riskini artıra bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə araşdırma “Epilepsia” elmi jurnalında dərc olunub.

Komanda altı il ərzində Ontarioda 24 000-dən çox yeni epilepsiya halı ilə bağlı məlumatları təhlil edib. Nəticələr göstərib ki, havada kiçik hissəciklərin yüksək konsentrasiyası xəstəliyin inkişaf riskini 5,5 %, ozona məruz qalma isə riski 9,6 % artırır.

Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biri olaraq qalır və hər 1 000 nəfərdən altısına təsir edir. Həkimləri xüsusi narahat edən fakt odur ki, xəstələrin 1/3-ə qədəri mövcud qıc olma əleyhinə dərmanlara cavab vermir.

Alimlər ümid edirlər ki, əldə edilən nəticələr ekoloji siyasətə təsir göstərəcək və əlverişsiz ekoloji şəraiti olan regionlarda səhiyyə sisteminin təkmilləşdirilməsinə kömək edəcək. Tədqiqat qrupunun yaxın planlarına meşə yanğınlarının əhalinin nevroloji sağlamlığına təsirinin öyrənilməsi daxildir.

Oxşar xəbərlər

Epilepsiyanın beyin sağlamlığını məhv etdiyi müəyyən olunub
Havanın çirkli olması insanların əhval-ruhiyyəsinə təsir edir
Alimlərin yeni tədqiqatı: Buzlaqların əriməsi sunami riskini artırır
Bağırsaq xərçəngi riskini artıran xəstəliklər açıqlanıb
Araşdırma: Qısa və qeyri-sabit yuxu piylənmə riskini artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle