Havanın çirkli olması insanların əhval-ruhiyyəsinə təsir edir
Stenford Universitetinin amerikalı alimləri havanın çirklənməsinin insanların əhval-ruhiyyəsi arasında əlaqə aşkar ediblər.
“Sizinxeber.az” xəbər verir ki, tədqiqat “PLOS One” elmi jurnalında dərc olunub.
Komanda atmosferin çirklənməsinə affektiv həssaslıq fenomenini - yəni havadakı çirkləndirici konsentrasiyaların insanın emosiyalarının dəyişə bilmə dərəcəsini öyrənib.
Müəlliflər statistik modelləri bir ildən çox müddət ərzində ABŞ-da 150 nəfərdən toplanmış təkrar ölçmə məlumatlarına tətbiq ediblər. Tədqiqatçılar oyanma, fizioloji aktivləşmə səviyyəsi və əhvalının valentliyi (müsbət və ya mənfi) kimi insanın affektiv vəziyyətinin komponentlərinə baxıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, hava çirkliliyinin normadan çox olduğu günlərdə affektiv oyanma normadan aşağı olur. Ən əsası, fərdlər arasında affektiv həssaslıq fenomeni məsələsində ciddi fərqlər olub.
Məlum ki, havanın çirklənməsi insanda narahatlıq və depressiya kimi mənfi psixi sağlamlıq təsirlərinin uzunmüddətli qalma riskini artırır.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
