Sayalı Sadıqova: İngilis dili imtahanları ucbatından Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
sizinxeber.az xəbər saytı

Sayalı Sadıqova: İngilis dili imtahanları ucbatından Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb


"Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb".

APA xəbər verir ki, bynu Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatında deyib.

O qeyd edib ki, doktoranturaya qəbul zamanı ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edildiyinə görə, azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər və nəticədə, dörd ildir ki, yerlər boş qalıb.

DİM sədri Məleykə Abbaszadə isə onun bu iradına cavab olaraq bildirib ki, həmin imtahanlarda ingilis dili B2 səviyyəsində tələb olunur.

Sayalı Sadıqova sonda Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac olmadığını deyib.

Oxşar xəbərlər

Məleykə Abbaszadə AYB üzvlərini dil imtahanlarından keçməyə çağırıb
Tramp ingilis dilini ABŞ-nin rəsmi dili olaraq təsdiqləyib
Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platforması istifadəyə verilir
“Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının demo versiyası istifadəyə verilir
KİV: Tramp ingilis dilini dövlət dili elan edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle