Psixoloqların işə qəbulu üzrə test imtahanının vaxtı açıqlanıb
sizinxeber.az xəbər saytı

Psixoloqların işə qəbulu üzrə test imtahanının vaxtı açıqlanıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi martın 5-də keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sizinxeber.az-ya verilən məlumata görə, imtahan BŞTİ-nin rəsmi saytında 6 aprel 2024-cü il tarixində elan olunan psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin I mərhələsindən qeydiyyatdan keçən şəxslərə şamil edilir.

Paytaxtdakı 263 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunacaq test imtahanında 690 nəfərin iştirakı nəzərdə tutulub.

Namizədlərə imtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.

Psixoloqların işə qəbulunun vaxtı niyə təxirə salınmışdı?

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Oxşar xəbərlər

Psixoloqların işə qəbulunun test imtahanının vaxtı açıqlanıb
Psixoloqların işə qəbulu imtahanı təxirə salınıb
Bakı məktəbləri üçün psixoloqların işə qəbulu müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Bağçalara direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər