SABAH qruplarının yeni modeli hazırlanır
sizinxeber.az xəbər saytı

SABAH qruplarının yeni modeli hazırlanır


Hazırda ali məktəblərdə yaradılan SABAH qruplarının yeni modeli üzərində işlənilir.

"Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ənənəvi SABAH qrupları 2015-ci ilin reallığına uyğun yaradılmışdı:

“O zaman Təhsil Nazirliyi hesab edirdi ki, keyfiyyəti daha yaxşı idarə etmək üçün ayrıca, xüsusi istedadlar qrupu yaradılsın. SABAH-ın məzunlarının bütün göstəriciləri yüksəkdir, amma ali məktəblər də bu dövrdə böyük yol keçdi və ona görə də yeni SABAH qrupları yaradılmalıdır”.

Oxşar xəbərlər

Nazir: Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
Nazir: Köhnədən qalan bağça modeli çox bahalıdır
SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib
SABAH tələbə-məzun forumu və karyera sərgisinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər