SABAH tələbə-məzun forumu və karyera sərgisinin açılışı olub
SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
İki gün davam edəcək forumun rəsmi açılış mərasimində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı olub.
Ardınca SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi" adlı panel sessiyası keçirilib.
İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, hazırda İqtisad Universitetində SABAH qruplarının 5 ixtisası var, məzunların 100-i işlə təmin olunub: "SABAH məzunlarının təkcə elm-təhsil yox, yaradıcılıqları ilə təhsilə töhfə verirlər. Düşünürəm ki, bu layihənin icrasından 10 il ötür, SABAH qruplarının təkmilləşdirilməsi üçün işlər davam etdirilməlidir".
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qeyd edib ki, yaxın zamanda SABAH qruplarının yeni konsepsiyası ictimaiyyətə təqdim ediləcək.
Forumun ikinci günündə “Liderlikdə vizyon və strategiya: uğurun açarı“ panel sessiyasında müzakirələr aparılacaq.
Həmçinin forumun davamında SABAH karyera sərgisi, SABAH məzunlarının “TEDx” formatında çıxışları, intellektual yarışların təşkili də planlaşdırılır.
Oxşar xəbərlər
SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib
Bu il Biləsuvardan 353 nəfər məzun tələbə adını qazanıb
Nazir müavini: Təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə etməsək, gənclər əmək bazarında çətinlik yaşayacaqlar
UNEC ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının məzunlarına diplomlar təqdim edilib
Sabah Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək