Nazir müavini Kənan Kərimzadə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olub
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonuna səfəri çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbə və müəllim heyəti ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, Kənan Kərimzadə Mərkəzə infoturların təşkil olunması, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi, hazırlanan və ya istehsal olunan məhsulların satış bazarlarına çıxışının təmin edilməsi üzrə tövsiyələrini verib, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
Qeyd edək ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edir.
Oxşar xəbərlər
Nazir müavini Firudin Qurbanov Ağalıda olub
Nazir müavini Firudin Qurbanov Yevlaxda olub
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
